Bakının Binəqədi rayonu, Xocəsən qəsəbəsində yeni yerüstü metro stansiyası inşa edilməkdədir. Yeni stansiyanın 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılsa da, obyekt şərti olaraq "Xocasən" stansiyası adlandırılır. Metro stansiyası rəsmi olaraq necə aldandırılacaq?
Bu barədə Trend-in sorğusunu cavablandıran "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bununla bağlı hələlik yenilik yoxdur:
"Metro stansiyalarına adların verilməsi, adlandırılması birbaşa Nazirlər Kabinetinin səlahiyyətindədir. Bununla bağlı Adqoyma Komissiyasının iclasında müzakirə aparılır və qərar qəbul edilir. Lazım gələrsə, adla bağlı Bakı metropoliteninə müraciət edilir və stansiyaya ad verilir. Biz hələlik bu stansiyanı şərti olaraq "Xocasən" stansiyası adlandırmışıq. Bu da yerləşdiyi əraziyə görə belə adlandırılıb".
Xatırladaq ki, Xocasən qəsəbəsi ərazisində Bakı metropoliteninin Bənövşəyi xətti üzrə hərəkət edən qatarlara xidmət edəcək elektrik deposu inşa edilir. Elektrik deposu ilə yanaşı, ərazidə yerüstü metro stansiyası da tikilməkdədir. Stansiya və elektrik deposunun tikinti işləri gələn ilin sonlarında yekunlaşdırılaraq istifadəyə veriləcək. Yerüstü metro stansiyasında Bənövşəyi xəttin digər stansiyalarında olduğu kimi 7 qatarlıq platforma, lft f və elavatorlar quraşdırılacaq.
Yeni metro stansiyasının adı necə olacaq?
16
sentyabr
10:06

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat