Azərbaycan və Türkiyə arasında yeni qaz müqaviləsi imzalanıb.
“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə 2024-cü ilin sonuna qədər qüvvədə olacaq və Bakı-Tbilisi-Ərzurum xətti ilə nəql ediləcək əlavə 11 milyard kubmetr təbii qaz ticarəti müqaviləsi imzalanıb.
O qeyd edib ki, Türkiyə əlavə təbii qaz təchizatı mövzusunda əhəmiyyətli irəliləyişlər əldə edib: "Türkiyənin ciddi bir enerji böhranı ilə üzləşdiyi dövrü, uğurlu bir diplomatiya ilə aşacağını vurğulayan Dönmez qeyd edib ki, qış yaxınlaşdıqca arta biləcək təbii qaz tələbatının qarşılanması üçün aparılan danışıqlar müsbət bir şəkildə davam edir".
O bildirib ki, bu baxımdan, 2024-cü ilin sonuna qədər qüvvədə olacaq Bakı-Tbilisi-Ərzurum xəttindən 11 milyard kubmetrlik əlavə təbii qaz ticarət müqaviləsi Azərbaycanla imzalanıb.
Azərbaycan və Türkiyə arasında yeni müqavilə İMZALANDI
15
oktyabr
11:45

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat