Noyabrın 26-da Soçi şəhərində Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşü keçirildi. Bu ideyanın müəllifi, təşəbbüskarı Rusiya Federasiyasının Prezidenti Vladimir Putindir. Bu görüş postmünaqişə dövründə həllini gözləyən məsələlərin tənzimlənməsi istiqamətində uğurlu bir addım kimi qiymətləndirilməlidir. Bir qədər də konkretləşdirsək burada üç məsələ ətrafında çox mühüm razılaşmaların əldə edildiyi bəllidir. Hər üç dövlətin siyasi liderinin mətbuat üçün konfransında bu məsələlərə bir daha aydınlıq gətirildi. İlk növbədə, vurğulandı ki, Soçi görüşünün nəticəsi kimi, Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı razılaşma əldə edilib. Söhbət ondan gedir ki, ilin sonuna qədər sərhədlərin müəyyən edilməsi ilə bağlı mexanizmlər formalaşdırılmalıdır. Bu məqsədlə ikitərəfli birgə komissiyanın yaradılması razılaşdırılmışdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı siyasi elmlər doktoru professor Elman Nəsirov bildirib.
Elman Nəsirov qeyd edib ki, bir ildən artıqdır müharibə başa çatıb və hazırda gündəmin əsas məsələsi sərhəddir. Xüsusilə də noyabrın 16–da Ermənistanın təxribatları nəticəsində dövlət sərhədində baş vermiş döyüş əməliyyatları bir daha nümayiş etdirdi ki, ilk növbədə, bu məsələ həllini tapmalıdır. Hesab etmək olar ki, Soçi görüşündə bu istiqamətdə çox mühüm bir addım atılıb. Humanitar xarakterli məsələlər də əsas müzakirə predmeti olub. İlk növbədə, etimad mühitinin yaradılması, müxtəlif qurumlar arasında birbaşa təmasların qurulması, xalq diplomatiyasının inkişafı məsələləri gündəmdə ola bilər. Təbii ki, Soçi görüşünün ən mühüm nəticələrindən, razılaşmlardan biri dəhlizlərlə bağlıdır. Ermənistan ilə Azərbaycan arasında nəqliyyat, kommunikasiya dəhlizlərinin açılması, iqtisadi əlaqələrin bərpası ilə bağlı məsələdir. Üçtərəfli Bəyanatda da bu məsələ xüsusi vurğulanıb. Bu istiqamətdə razılaşmalar mövcuddur. Xüsusilə də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin çıxışında tez-tez “dəhliz” ifadəsi işlədilirdi. Bu da onun təsdiqidir ki, Rusiya tərəfi də Zəngəzur dəhlizinin işə düşməsi məsələsini dəstəkləyir, müdafiə edir. Bu da gələcəkdə regiondakı vəziyyəti kökündən dəyişə bilər. Dəhlizlərin işə düşməsi, həm də Ermənistanın düşdüyü iqtisadi nəqliyyat blokadasından çıxması anlamındadır. Bu istiqamətdə də razılaşma əldə edilib. Prinsip etibarilə 2021-ci ilin sonuna qədər postmünaqişə dövrünün həllini gözləyən məsələlərin tənzimlənməsi istiqamətində çox ciddi, real, praktiki addımlar atılması mümkündür. Artıq bu məsələlər ətrafında çox ciddi razılaşmalar əldə edilib.
“Bu görüşdə həm də Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyinin birmənalı şəkildə qəbul edildiyi məlum oldu. Azərbaycana qarşı Ermənistan tərəfi heç bir ilkin şərtlər irəli sürə bilmir. Həmçinin bu görüş bir daha sübut etdi ki, Azərbaycan-Rusiya münasibətləri strateji xarakterlidir və hətta ondan da yüksəkdir”, - deyə Milli Məclisin deputatı əlavə edib.
O, həmçinin diqqətə çatdırıb ki, bütövlükdə qəbul edilmiş üçtərəfli Bəyanatın məzmunu ilə tanış olduqdan sonra bunun 10 noyabr və 11 yanvar bəyanatlarında əksini tapmış məsələlərin icrasını təmin edən, onun icrası mexanizmlərini inkişaf etdirən bir sənəd olduğu qənaətinə gəlinir. Nəticədə bu, Qarabağ münaqişəsinin həllini gözləyən məsələlərin tənzimlənməsi istiqamətində mühüm addımların atıldığı bir görüşdür. Bu görüşün ən mühüm əlamətlərindən biri də onda oldu ki, imzalanmış sənəddə “Dağlıq Qarabağ” ifadəsi işlədilmədi. Bu, bir daha onu göstərir ki, həm Ermənistan, həm də Rusiya tərəfi Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir. Bu da Azərbaycanın növbəti uğuru kimi dəyərləndirilməlidir.
Soçi görüşü postmünaqişə dövründə həllini gözləyən məsələlərin tənzimlənməsi istiqamətində uğurlu addımdır
27
noyabr
14:01

Qarabağ
KOMMENTLƏR
Avropa İttifaqının təşəbbüsü özlüyündə müsbət hadisədir - DEPUTAT ŞƏRH ETDİ
“Buna qədər Zəngəzur dəhlizi haqda ancaq danışılırdı, ancaq indi...“ - Deputat
“Üçtərəfli görüşdən sonra imzalanan bəyanatda "Dağlıq Qarabağ" ifadəsi işlədilmir, nəticəni müsbət qiymətləndirmək lazımdır” - RƏY
Bu dəfə Putin daha səmimi idi - Deputat “Soçi görüşü”nü şərh edir
Üçtərəfli görüşdən nə gözlənilir? – “Soçi görüşü gələcəkdə sülh müqaviləsinin imzalanması üçün münbit şərait yaradacaq”
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat