Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir zamanı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq Lökbatan qəsəbəsində yerləşən “Lion Garden” restoranında karantin qaydalarına zidd olaraq yas mərasimi keçirildiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən xəbərə görə, polislər həmin obyektə baxış keçirərkən karantin qaydalarının kobud şəkildə pozulduğunu aşkar ediblər.
Restoranı icarə əsasında işlədən Elməddin Əliyev və yas mərasimini təşkil edən Vasif Yəhyayev saxlanılaraq Polis İdarəsinə gətirilib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 8 sutka inzibati qaydada həbs edilib.
Restoranda yas məclisi təşkil edənlər HƏBS EDİLDİ - VİDEO
19
yanvar
10:30

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat