Bu gün Londonun Westminster Magistrates məhkəməsinin hakimi "Regents" parkına baxan malikanəsi olan bir ailəyə daxil üç milyonçunun ölkəyə qanunsuz gətirdiyi pulun "çirkli pul" olması səbəbilə onların bank hesablarında depozitdə olan 5,6 milyon funt-sterlinqi Britaniyanı Milli Cinayət Agentliyinə müsadirə etmək tapşırığı verib.
"Unikal" xəbər verir ki, bu barədə iqtisadçı-alim Qubad İbadoğlu İngiltərə mediasına istinadla sosial şəbəkədəki hesabında yazb.
Verilən informasiyaya görə, müsadirə olunan vəsait azərbaycanlı dərman maqnatı və deputat Cavanşir Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevaya, oğlu Orxana və qardaşı oğlu Elman Cavanşirə məxsusdur.
Ailə üzvlərinin hamısı iddia edirdilər ki, onların sərvətləri Cavanşlr Feyziyevin qanuni biznes fəaliyyətindən əldə edilib və o, "Regents" parkının yanındakı "Kamberland terras"da ailəsinin bir neçə milyon funt-sterlinq dəyərində olan evinin də pulunu ordan ödəyib.
Lakin Westminster Magistrates məhkəməsinin hakimi Con Zani üçlüyün dondurulmuş bank hesablarında saxlanılan 15,3 milyon funt-sterlinqin 5,6 milyonun müsadirə olunmasına dair qərar çıxarıb. Müsadirə olunan pulun böyük hissəsi, 4,4 milyon funt-sterlinqi xanım Feyziyevaya məxsusdur. Cavanşir Feyziyevin oğlu Orxanın 1 milyon funt-sterlinqi, qardaşı oğlu Elmanın da 240.000 funt-sterlinqi müsadirə ediləcək.
Bu cinayət araşdırıması tam yekunlaşmadığına görə depozitdə qalan vəsait bütüövlükdə dondurulub, malikanəyə də əl qoyulub.
Cavanşir Feyziyevin Londona yatırdığı pullar müsadirə edilir - İngiltərə mətbuatı
31
yanvar
18:19

Qarabağ
KOMMENTLƏR
Cavanşir Feyziyevin qardaşı dövlətdən 200 manat yardım alıb – FOTOFAKT
Deputatın Böyük Britaniyadakı milyonlarına həbs qoyulur
Cavanşir Feyziyevin qardaşı oğlu “Azərtütün"ü 30 milyona satın aldı?
Təhqir olunan jurnalistlər Sahibə Qafarovaya müraciət etdilər - YENİLƏNİB
Cavanşir Feyziyevi hansı cəza gözləyir? - AÇIQLAMA
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər