""Rusiya imkan verməsəydi, Azərbaycanın işğalda olan torpaqları azad edə bilməzdi" fikri kökündən yanlışdır. Azərbaycanın silahlı birləşmələri düşməndən qat-qat güclü olduğunu ortaya qoydu. Yəni, Vətən müharibəsindəki qələbəmiz məhz yenilməz Azərbaycan Ordusu, müzəffər Ali Baş Komandan İlham Əliyev və xalqımızın birliyi nəticəsində təmin edildi. Təbii ki, İkinci Qarabağ müharibəsində qardaş Türkiyə də dövlətimizi mənəvi və siyasi cəhətdən birmənalı şəkildə tam dəstəklədi. Bütün bu faktorlar şanlı zəfərə imza atmaq üçün əsas verirdi".
Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, Rusiya ilə bağlı səsləndirilən bu cür fikirlər həqiqətə uyğun deyil.
"Prezident İlham Əliyev hər zaman çıxışlarında qeyd edirdi ki, biz iki halda -zaman və geosiyasi vəziyyət xeyrimizə işləyəndə hərəkətə keçəcəyik. Belə ki, vaxtı yetişəndə Azərbaycan Prezidenti bir daha bildirdi ki, nəyi, necə və nə vaxt etməyi hamıdan yaxşı bilir. Doğrudan da, bütün reallıqlar fonunda Azərbaycan Zəfər çaldı. Rusiya isə Vətən müharibəsi dövründə öz neytrallığını qoruyub saxladı və ölkə rəhbərliyi hərbi əməliyyatların Azərbaycan ərazisində keçirildiyini qeyd etdi. Təbii ki, əgər əməliyyatlar Ermənistan ərazisində baş versəydi, Rusiya neytral qalmayacaq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Ermənistana dəstək verəcəkdi. Amma bu, baş vermədi, çünki, doğrudan da, Azərbaycan məhz öz torpaqlarında ərazi bütövlüyünü təmin edirdi. Qısacası, Rusiya müharibə dövründə, sadəcə olaraq, beynəlxalq hüququn yanında dayandı və neytrallığını qoruyub saxladı", - deyə E.Nəsirov bildirib.
Elman Nəsirov: "Rusiya imkan verməsəydi, Azərbaycanın işğalda olan torpaqları azad edə bilməzdi" fikri kökündən yanlışdır
01
fevral
12:28

Qarabağ
KOMMENTLƏR
"Bizim planlarımız işğalda olan bütün torpaqları azad etmək idi" - İlham Əliyev
"Yaxın anlarda Azərbaycan bayrağı Xankəndidə bərpa olunacaq" - AÇIQLAMA
“Xankəndi əməliyyatı” ilə bağlı SON DƏQİQƏ açıqlaması: “Biz arxayınıq ki...”
Qarabağ Universiteti: “Böyük siyasi çəkisi var”
ABŞ və Avropanın növbəti avantürası
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat