"Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuzun, "dəmir yumruğ"a çevrilmiş xalqımızın Vətən müharibəsində qazandığı tarixi zəfər və 19-20 sentyabr tarixlərdə keçirilmiş lokal antiterror tədbirləri nəticə etibarilə ölkəmizin ərazi bütövlüyünün tam və qəti şəkildə təmin edilməsinə gətirib çıxartdı. Beləliklə, Azərbaycan dövləti bölgədə, əslində, dünyada da yeni reallıqlar yaratdı, problemlərin həllinin müasir modelini ortaya qoydu".
Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat bildirib ki, Azərbaycanın yaratdığı reallıqları bu gün dünya qəbul edir və ölkəmizə tərəfdaş kimi baxır.
Azərbaycanın beynəlxalq aləmdə kifayət qədər yüksək nüfuza sahib olduğunu deyən deputat Prezident İlham Əliyevin daim yüksək hörmət və izzətlə qarşılandığını vurğulayıb. "Amma bu reallıqlar həm də başqa bir həqiqəti üzə çıxartdı. Məlum oldu ki, Amerika Birləşmiş Ştatlarında, eləcə də onun müttəfiqi olan Avropada Azərbaycanın qazandığı bu uğurlardan bəzi siyasi dairələrin yuxularına haram qatılıb və gecə-gündüz ölkəmiz əleyhinə çirkin əməllərə imza atmağa çalışırlar. Avropalı parlamentarilər Ermənistana gəlir, bu ölkənin təkcə siyasi rəhbərliyi ilə deyil, eyni zamanda Qarabağdakı keçmiş qondarma rejimin tör-töküntüləri ilə görüşlər keçirirlər. Beləliklə, revanşizmi dəstəkləyir, separatçılara ümid verirlər", - deyə o əlavə edib.
E.Nəsirov vurğulayıb ki, ABŞ Konqresində ermənipərəst deputatlar Azərbaycana qarşı sanksiyalar tələbi ilə, Dövlət Departamenti isə ölkəmiz əleyhinə iddialarla çıxış edirlər, Qarabağdan könüllü şəkildə köçmüş ermənilərin geri qaytarılması tələbini ortaya qoyurlar. Fransa Ermənistana silah-sursat satmaq öhdəliyini üzərinə götürür və bu istiqamətdə müvafiq sənədlər imzalayır.
Deputat qeyd edib ki, Azərbaycana qarşı müxtəlif cəbhələrdən təzyiq mexanizmlərini işə salmaq istəyirlər: "Ancaq bu, gedən qatarın dalınca baxmağa oxşayır. Azərbaycan dövləti, onun ali rəhbərliyi, ordusu, xalqı öz vəzifəsini şərəflə icra edib. Torpaqlarımız üzərində ərazi bütövlüyümüz və suverenliyimiz tam və qəti şəkildə təmin edilib. Bütün bu təzyiqlərin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Çünki biz güclü dövlət və güclü xalqıq. Ölkəmizdə səfərbər olunmuş cəmiyyət var və vətəndaş həmrəyliyi hökm sürür. Prezident-xalq birliyi ən yüksək səviyyədədir. Dövlət başçısı xalqının mənafeyindən irəli gələn müstəqil siyasət həyata keçirir və cəmiyyətimiz bu siyasəti birmənalı şəkildə dəstəkləyir. Belə dövlətlərə təzyiq göstərmək mənasızdır".
E.Nəsirov hesab edir ki, bu gün ABŞ və Avropadakı anti-Azərbaycan dairələri ünvanı səhv salıblar. Azərbaycana qarşı təzyiq dili ilə danışmağın real nəticələrinin sıfra bərabər olduğunu vurğulayan deputat deyib ki, Azərbaycan çirkin niyyətlərin həyata keçirilməsi üçün seçilmiş düzgün ünvan deyil.
ABŞ və Avropanın növbəti avantürası
14
noyabr
10:57

Qarabağ
KOMMENTLƏR
İlham Əliyev tarix yazan və tarixə yazılan liderdir!
"Qələbənin üç qəhrəmanı var: Ali Baş Komandan, ordu və xalq" - Millət vəkili
Elman Nəsirov: “Ermənistana qarşı “taqətdənsalma taktikası” öz real nəticələrini verdi”
Elman Nəsirov: "Rusiya imkan verməsəydi, Azərbaycanın işğalda olan torpaqları azad edə bilməzdi" fikri kökündən yanlışdır
Elman Nəsirov: Azərbaycan dünyada mövqeləri güclü olan dövlətdir
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat