Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Milli Qəhrəmanın həyat yoldaşına verilən təqaüdün dayandırılmasına aydınlıq gətirib.
Nazirlikdən verilən məlumata görə, bütün şəhid ailələri kimi, Azərbaycanın Milli Qəhrəmanı şəhid Səmədov Pərviz Abduləhəd oğlunun da ailəsinə bütün istiqamətlərdə dəstəyin göstərilməsi diqqətdə saxlanılır.
“Şəhid Milli Qəhrəmanımızın həyat yoldaşı kimi Şahvələdova Mətanət Ziyəddin qızına, eləcə də onların tək övladına (23 yaşadək) uzun illər Prezidentin aylıq təqaüdü ödənilib.
Sosial ödənişlərin təyinatında şəffaflığın təminatı vəziyyətinin yoxlanılması üçün keçirilən monitorinq zamanı M.Şahvələdovanın şəhidin həyat yoldaşı olduğunu təsdiq edən nikah haqqında şəhadətnamə olmadığı müəyyən edildiyindən qanunvericiliyin tələbi ilə həmin təqaüdün ödənişi saxlanılıb.
Lakin Vətənimizin ərazi bütövlüyü uğrunda igidlik göstərmiş Milli Qəhrəmanımızın ailəsinin üzləşdiyi bu vəziyyətin aradan qaldırılması, ailənin xeyrinə hüquqi addımların atılması ilə bağlı işlərə başlanılıb.
Bu səbəbdən, habelə ailənin uzun illər müvafiq sosial ödənişlə təmin edildiyi nəzərə alınaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə həmin təqaüdün bərpası və ödənişinin davam etdirilməsi məsələsinin məhkəmə qaydasında həll edilməsi nəzərdə tutulub”, - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, bunun üçün Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının hüquqşünasları tərəfindən müvafiq işlərə başlanıb:
“Filialın əməkdaşları ailəni evində ziyarət edərək, məhkəməyə müraciət edilməsi üçün müvafiq sənədləşdirmə, habelə nikahı təsdiq edən məlumatları toplayıblar. Məsələnin müsbət həlli üçün işlər davam edir”.
Milli Qəhrəmanın həyat yoldaşına verilən təqaüd niyə dayandırılıb? - RƏSMİ AÇIQLAMA
02
fevral
14:41

Qarabağ
KOMMENTLƏR
Milli Qəhrəmanın xanımının təqaüdü niyə kəsilib? - VİDEO
2 100-dən çox şəhid ailəsinə təqaüd, pensiya və müavinət təyin edildi
Şəhid ailələrinə hansı müavinətlər veriləcək? - SADƏ İZAH
Şəhidin həyat yoldaşına verilən ev niyə geri alınıb? - VİDEO
Sentyabr şəhidlərinin ailələrinə hansı güzəştlər olacaq? - Nazirlikdən açıqlama
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat