12 yaşlı epilepsiya xəstəsi olan uşaq üçün alınan dərman saxta çıxıb. Bu, həmin uşağın nənəsinin iddiasıdır.
Şövkət Məmmədova "Xəzər Xəbər"ə müraciət edərək bildirib ki, uşağa bu dərmanı verəndən sonra uşağın halı pisləşib və öyüməyə başlayıb.
Bu zaman uşaq 10 saat əvvəl qəbul etdiyi dərmanı olduğu kimi qaytarıb. Sahə həkimi də bu faktı təsdiqləyib.
12 yaşlı epilepsiya xəstəsi olan Şəhla Ağazadənin nənəsi Şövkət Məmmədova iddia edir ki, nəvəsi üçün adlığı dərman saxtadır. Onun sözlərinə görə, nə az nə çox, düz 9 ildir bu dərmanı istifadə etsələr də, saxta olduğunu yeni müşahidə ediblər. Uşağa dərmanı verdikdən bir neçə saat sonra dərman bədəndə ərimədən olduğu kimi ifraz olunduğunu görüb.
Şövkət Məmmədova deyir ki, sahə üzrə təyin olunmuş həkimin köməyi olmasaydı, körpənin durumu daha ağır ola bilərdi. Sözügedən həkim Nadejda Kazımova isə bildirdi ki, uşağa verilən dərman əslində rezin olub.
Məsələ ilə əlaqədar dərmanın alındığı aptekin rəhbəri ilə əlaqə saxladıq. "Xəzər Xəbər"ə bildirildi ki, dərman bütün rəsmi nəzarət proseslərindən keçib.
Səhiyyə Nazirliyindən bildirilib ki, məsələ nəzarətə götürülüb araşdırılacaq.
Bakıda uşağa verilən dərman görün nə çıxdı - Nazirlik hərəkətə keçdi - VİDEO
13
fevral
10:44

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat