Gecə Rövnəq Abdullayevi hara çağırdılar ?

Rəhmətlik Həsən bəy Zərdabi “Əkinçi” qəzeti ilə ilk Azərbaycan mətbuatının əsasını qoyanda heç ağlına da gəlməzdi ki, 100 neçə il sonra Anar Əlizadə adlı birisi ölkə mediasını alıb cibinə qoyacaqdır. Kim onunla sövdələşməsə həmin saytlara xaricdən xaker hücumu təşkil edib dağıdacaq.
 
Bu Anar Əlizadə kimdir ? 

Sonradan familyasını dəyişib Əlizadə olan Anar Əliyev SOCAR-ın prezidenti Rövnəq Abdullayevin dayısı Nüsrət Əliyevin oğludur. Nüsrət Əliyev isə uzun müddət SOCAR-ın Neft Emalı zavodunda Qaz sektorunun müdiri olub. Anarın qardaşı Bədəl isə SOCAR İnformasiya Texnologiyaları Departamentində satınalmalar üzrə baş menecer vəzifəsində çalışır. Anar-Bədəl qardaşlarının ən yaxın adamı isə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadədir. Bu üçlük gecələr çay evlərində, gecə klublarında oturub medianı müzakirə edir, SOCAR-dan yazan hansı saytları necə zərərsizləşdirmək, necə dağıtmaq barədə müzakirələr aparırlar. Bunlar anlamır ki, informasiya təhlükəsizliyi milli təhlükəsizliyin vacib elementidir. Onların əməlləri isə ağır cinayətdir. Amma bu üçlük hələ ki bildiyini edir. Şahidlərin dediyinə görə, bunlarla birgə Rövnəq Abdullayevin oğlu Rəşad da hərdən gecə müzakirələrində iştirak edir. Amma obyektivlik naminə qeyd edək ki, şahidlərin dediyinə görə, Rövnəq Abdullayevin oğlu gecə gəzintisində qayda-qanuna əməl etməyə çalışır. Ədnan Əhmədzadə isə cangedənləri və kortejlə gəzir, hətta qayda-qanunları pozur. Adama deyərlər ki, sən kimsən ki, mühafizə ilə, kortejlə şəhərdə gəzirsən ? Hələ bunlar azmış kimi bu “qoçu”lar gecə gəzintisi zamanı avtomobili Ali Məhkəmənin hakiminin düz üstünə sürüblər və məzələniblər.
 Təsəvvür edirsiniz harınlıq hansı dərəcəyə çatıb ?
 Və bu xəbər yuxarıya çatan kimi gecə ilə Rövnəq Abdullayevi gətiriblər ki, bu nə biabırçılıqdır. Yeri gəlmişkən, həmin hadisədə Mərdəkandakı “Qoşa Qala” restoranının müdirinin oğlu da bu olayda iştirakçı olub. Bəli, hələ ki bu “tri muşketyor”un əməlləri davam edir. Yəqin ki, onlar Ramiz Mehdiyevin kürəkəninin başına gələnləri görüblər. Zaman hər şeyi yerbəyer edir. Bir az səbrli olaq.
''Gündəlik Bakı'' qəzetinin Araşdırma Qrupu(gundelik-baku.com) скачать dle 12.1