Gənclər və İdman Nazirliyi Azərbaycanda üç federasiyanın statusunu ləğv edib.
Nazirlikdən verilən məlumata görə, bununla bağlı qərar qurumun Kollegiya iclasında qəbul olunub.
Qərara əsasən, Azərbaycan Peyntbol Federasiyası, Otüstü Hokkey Federasiyası və Azərbaycan Turan Do Federasiyası fəaliyyət göstərmədikləri üçün akreditasiyadan keçirilmələri mümkünsüz hesab edilib.
Kollegiyanın qərarı ilə Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Atıcılıq Federasiyası, Azərbaycan Stolüstü Tennis Federasiyası, Azərbaycan Triatlon Federasiyası akreditasiyadan keçiblər.
скачать dle 12.1