"Şikayətim Leobank la bağlıdır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Çingiz Abdullayev adlı istifadəçi giley edir. Daha sonra narazı vətəndaş yazır:


"4 gün öncə "Leo kart" almışam. Bu gün şəkildə görünən ödəniş çıxılıb.


Leo banka zəng eləmişəm, deyir, "Unibank"a zəng edin.

Qeyd edim ki, "Unibank"da 2019-cu ildə vaxtı bitmiş "debet kartım" olub. Balans da son günə kimi mənfi olmayıb. Bundan başqa heç vaxtı kredit kartım və ya kreditim olmayıb.

"Unibank"dan deyirlər ki, harasa abunəlik olub, kartda pul olmasa da çıxılıb. Birincisi, kart ancaq pul yuklenib çıxarılmaq üçün istifadə olunub, ikincisi də vaxtı bitmiş kartdan necə əməliyyat aparilib? Kartın istifadə müddəti bitdiyi üçün heç nə məlumat verə bilmirlər, amma pul çıxa bilirlər....

Nəysə... Bu pulu olarda qoyan deyilem, məhkəməlikdə olsa alacam. Kartı qırıb atacam, yaxinlarıma da qırıb atmağı tövsiyə edəcəm. Sizə də vaxtınıza və əsəblərinizə heyfiniz gəlsin deyirəm. Mən bu səhvi elədim, kartı aldım, siz almayın".
скачать dle 12.1