"Mənim şikayətim "Unibank"dandır. Bu gün (dünən-dia) saat 2'də yaxınlaşdım ki, bankomatdan pul çəkim, pul olmadı. Pul bir də bazar ertəsi olacaq. Belə şey olmaz. Bütün müşərilər narazı şəkildə bankomatı tərk edirlər". DİA.AZ bildirir ki, bu barədə özünün sözügedən bankın keçmiş əməkdaşı olduğunu xüsusi olaraq qeyd edən Vüsal Zeynallı adlı istifadəçi "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında bildirir.


Daha sonra narazı vətəndaş yazır: "Mənim özüm vaxtı ilə "Unibank"ın əməkdaşı olmuşam. Bankın müştəri problemi həll etməsi, müştəriyə qarşı davranışı, bankın şərtləri çox yaxşıdır. Ancaq bankomat məsələsində (nəğd pul) bank çox axsayır və bu bankın imicini zərbədir. Bank açılandan bu günə kimi, 100 müştərisi olanda da bir bankomat var idi, onminlərlə kart müştəriləri var yenə eyni sayda bankomat var... Buna bir çarə tapılmalıdır..."

Dia.az bildirir ki, daha sonra narazı vətəndaş bankdan səslənə biləcək ehtimal-izahata da cavab verib: ""Bravo" marketdə olan bankomatı yazacaqsınızsa, o bankomat Şəmkir müştəriləri üçün deyil. Bakı-Qazax magistralından keçən vətəndaşlara ancaq-ancaq çatdırır...

PS: 20'si səhər pul yüklədilər. Saat 2'dir, yenə pul bitib... Deyəsən, "Unibank" kartlarından imtina etməli olacağıq..."
скачать dle 12.1