Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qardaşı oğlu, bir müddət əvvəl bağlanan “AmrahBank”ın sahibi Yunis İldırımzadənin oğlu Ülvi İldırımzadə növbəti dəfə məhkəməlik olub.
“Qafqazinfo”nun məlumatına görə, o, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərini pozub.
Bu maddədə qeyd olunur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən üç ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib, hakim Gültəkin Əsədovanın icraatına verilib.
Qeyd edək ki, Ü.İldırımzadə “AmrahBank”ın Müşahidə Şurasının sədri, atası Yunis İldırımzadənin müşaviri olub. O, bank bağlanandan sonra Dövlət Təhlükəsizlik Xidmətinin apardığı yoxlamalar nəticəsində saxlanılıb, daha sonra isə ev dustaqlığına buraxılmışdı.
Bağlanan “AmrahBank”ın sahibi növbəti dəfə məhkəməlik olub
04
iyun
13:19

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat