Azərbaycanda bəstəkar məhkəməyə verilib. Lent.az-ın məlumatına görə, Lənkəran şəhər sakini Əliyeva Zəminə Taryel qızı yol hərəkəti qaydalarını pozub. Buna görə də onu Yol Patrul Xidməti əməkdaşları saxlayıb və barəsində inzibati protokol tərtib olunub. Lakin Z.Əliyeva 3 ay ərzində tətbiq olunan cəriməni ödəməyib.
Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) maddəsilə yeni protokol tərtib olunub. Həmin protokol baxılması üçün Lənkəran rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, həmin maddə əsasında şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
Xatirladaq ki, Zəminə Əliyeva bəstəkardır. O, hazırda Lənkəran dövlət Humanitar kollecinin musiqi şöbəsində musiqi nəzəriyyəsi müəllimi və fənn birləşməsinin sədri vəzifəsində çalışır.
V.Hüseynov,M.Dövrani,A.Cavad,N.Kəsəmənli,X.Rza,Ş.Aslan,X.Vaqifqizi və.s şairlərin şerlərinə bir neçə mahnılar bəstələyib. Z. Əliyevanın “Lənkəran”, “Ağlama”, “Azərbaycan xor əsərləri”, fortepiano üçün 13 prelüdiya, 8variasiya, fortepiano və skripka üçün 3 hissəli sonata, xalq çalğı alətləri orkestrı üçün 4 hissəli “Lənkəran löhvələri “ suitası və digər əsərlərin də müəllifidir.
Azərbaycanda tanınmış bəstəkar məhkəməyə verildi - TƏFƏRRÜAT
14
iyun
12:43

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat