“Azadinform Müstəqil İnformasiya Agentliyi” Məhdud Məsuliyyətli Törəmə Cəmiyyəti (VÖEN- 1700115961) nizamnamə kapitalının azaldığını elan edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan “Azadinform Müstəqil İnformasiya Agentliyi” 15.03.2002-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Hazırda 210 manat nizamnamə kapitalı olan “Azadinform”un qanuni təmsilçisi Həsənov İbrahim Nurəddin oğludur.
Məlumat üçün bildirək ki, “Azadinform”un qeydiyyatda olduğu Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər yerləşir.
Bir neçə həftə əvvəl Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan "ATOM QİDA" MMC (VÖEN -1701554201) və "DULCE Nutrition" MMC (VÖEN -–702132271) ləğv olunduqlarını açıqlayıblar. Əvvəllər "ATOM QİDA" MMC-yə Əli Həsnovun ABŞ-da yaşayan oğlu Şamxal Həsənli rəhbərlik edib.
Onu da qeyd edək ki, ötən il Əli Həsənovun ailə üzvlərinə məxsus olan və Fikrət Əmirov küçəsi, ev 1 ünvanında yerləşən “Bakı 24” MMC, “Kaspi AZ” MMC, “Mətbuat Evi” MMC, “Golden Prince” MMC, “Global Advertisment” MMC və “Kaspi Co” MTK adlı şirkətlər də ləğv olunduğunu elan ediblər. Adları çəkilən bu şirkətlərə Şamxal Həsənli və Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın yaxın qohumu Azər Vəliyev rəhbərlik edib.
Əli Həsənova bağlı olan xəbər agentliyi nizamnamə kapitalını azaldır
30
iyun
10:20

Qarabağ
KOMMENTLƏR
Sabiq nazirin ailə üzvləri borclarını vaxtında ödəmir
Əli Həsənova bağlılığı olan daha dörd şirkət ləğv olunur - SİYAHI
25 milyon kapitalı olan şirkət 710 min borcu olan şirkətə birləşir - TƏFƏRRÜAT
“Azərsun Holdinq”ə məxsus daha bir şirkət ləğv olundu – SİYAHI
Əli Həsənovun şirkətlərinin siyahısında "yaddan çıxanlar"... - SİYAHI
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat