Məlum olduğu kimi DTX Dövlət Gömrük Komitəsində xüsusi əməliyyat keçirərək iki generalı və bir neçə vəzifəli şəxsi həbs edib. Dövlət başcısı İlham Əliyev hökumət üzvlərinin iştirakı ilə keçirilən sonuncu müşavirədə rüşvətxor və korrupsioner məmurlara qarşı mübarizənin bundan sonra da qətiyyətlə davam edəcəyinin anonsunu verdi.
Başqa hansı qurumda DTX-nin xüsusi əməliyyat keçirməsinə ehtiyyac var?
Məsələni Yenisabah.az-a şərh edən Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, cənab İlham Əliyevin rüşvətxorluq və korrupsiyaya açdığı müharibə prinsipial və qətiyyətli mövqeyin təzahürüdür.
“Cənab İlham Əliyevin özü Azərbaycan xalqı üçün çox yaxşı nümunədir.
Məmur xalqına ləyaqətlə xidmət etməli, xalqın içində olmalı, onların problemlərini araşdırıb qayğısına qalmalı, şəxsi mənafeyini deyil, dövlət mənafeyini üstün tutmalıdır. Şəxsi mənafeyi üstün tutanların sonunun necə olduğu isə hamıya məlumdur.
Mərkəzi icra hakimiyyəti orqanlarından həbs edilənlər və işdən çıxarılanlar var.
Hər kəsə məlum olduğu kimi bu yaxınlarda DTX DGK-da əməliyyatlar keçirərək iki general həbs etdi.
Yəni bu qədər hadisədən və həbslərdən sonra bu yolda olan məmurlar heç bir dərs almırsa, vay onların halına. Bundan artıq nə olmalıdır ki, onlar korrupsiyadan əl çəkə bilsinlər?
Təəssüf ki, bəzilərinə dərs olmur.
Azərbaycanda vətəninə, millətinə layiqli xidmət edən kifayət qədər məmur olduğu kimi, rüşvət alıb həbs edilənlər də var.
Ataların bir sözü var: Allah insanı bədbəxt edəndə əvvəl ağlını əlindən alır. Görünür, Allah bu məmurların ağlını əlindən alıb ki, bu qədər həbslərdən dərs çıxara bilmirlər...
Əgər işdən azad olunan və həbs olunan məmurlardan dərs almayıb öz yollarına davam etsələr, DTX-nin onları da həbs etməsi zaman məsələsidir. Azərbaycanda elə bir məmur yoxdur ki, onun etdikləri yanına kar qalsın. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu mövzuda çox qətiyyətli mövqeyi var.
Prezidentimiz cinayətlə məşğul olan məmuru cəzalandırır, işində peşəkar olan, xalqına, millətinə çalışan məmuru isə yüksəldir”.
“Məmurlar bu qədər həbslərdən dərs almırlarsa, vay onların halına” - YAP-çı deputat
20
iyul
13:36

Qarabağ
KOMMENTLƏR
Deputat Gömrük Komitəsindəki həbslərdən danışdı
Elman Nəsirov: “Hər bir hərbçi fərqindədir ki, Vətənə ləyaqətlə xidmət göstərəcəyi təqdirdə mükafatlandırılacaq”
“Ləyaqətlə xidmət edənləri karyera yüksəlişi gözlədiyi kimi, korrupsiya, rüşvət və qohumbazlıq yolunu seçənləri də cəza gözləyir” - RƏY
Prezidentdən növbəti XƏBƏRDARLIQ: "Bu ismarış hər bir məmur üçün dərs olmalıdır" - Deputat
Onlar Prezidentin bu mesajlarından nəticə çıxarmasa... - Nəsirov
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər