Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın Prezidenti, akademik Ramiz Mehdiyev son günlər onun haqqında yazılanlarla bağlı açıqlama verib.
O bildirib ki, nankorlar sabah başqalarına qarşı da eyni nankor yol tutacaqlar: “Məni əsassız tənqidlər belə o dərəcədə narahat etmir, lakin ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsidir – nankorluğudur. Əgər həmin şəxslər barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev iddia edir ki, Sevinc Osmanqızı, Qənimət Zahid və digəriləri ölkədə yüksək vəzifə tutanlar tərəfindən himayə edilir:
“Belə bir proses varsa, bu, hamıya şamil edilməlidir. Bəzi qüvvələr onların ölkəyə gətirilməsinə maneə olurlar. Çünki qorxurlar ki, pul verilməsi və öyrədilməsi ortaya çıxacaq. Ona görə də bu məsələlərin üstünün açılmaması üçün müxtəlif oyunlar oynanılır. Mən gedən proseslərdən narahatam. Ramiz Mehdiyev mətbuata açıqlamasında hədələdi ki, kimlərin adını açıqlasam, dünya dağılacaq. Əslində xaricdə aparılan bütün söyüş kampaniyasının başında Ramiz Mehdiyev və onun köməkçisi Əli Həsənov durur. Bu gün Əli Həsənov ölkədən qaçıb”.
Hafiz Hacıyev fikrini belə tamamlayıb:
“Ramiz Mehdiyev çıxıb hədələyir ki, əlimdə önəmli faktlar var. Deməli, sən cinayətkarlar yetişdiribsən. Ramiz Mehdiyev hazırda iz azdırır. Xaricdə onlara əzabkeş obraz yaratdılar, guya demokratiya uğrunda mübarizə aparırlar. Ona görə də Azərbaycan hökuməti onları sıxır. Gəlin, onlara sığınacaq verək ki, ölkəyə gətirilməsin. Çünki hüquq mühafizə orqanları onlardan ifadə alanda kimlərin maliyyələşdirildiyi bilinəcək. Necə ki, Qurban Məmmədov açıb söylədi ki, son zamanlar kimlər onların yanına gəlib. Həmin məmurlara böyük cəza verilməlidir. Mən 10 il bundan öncə söyləmişəm ki, bunların arxasında Ramiz Mehdiyev dayanır. Ona görə də cəzalandırılmalıdır. Qoymaq lazım deyil ki, o, iylənsin, çünki iyləndikcə ölkəmiz üçün problem ola bilər”. (konkret.az)
"Ramiz Mehdiyevi iylənməyə qoymayaq, iyləndikcə ölkəmiz üçün problem ola bilər"
10
sentyabr
14:10

Qarabağ
KOMMENTLƏR
Ramiz Mehdiyev: "Əlimdəki faktları ortaya qoysam, ölkədən qaçarlar"
Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK
Mehdiyev müxalifətə keçsə, nə baş verəcək? – Arif Hacılının baxışı
Ağsaqqal niyə cəzalandırılmır? - Açıqlama
“Dövlət strukturlarına Rusiyanın kəşfiyyat orqanlarına bağlı adamları Ramiz Mehdiyev yerləşdirib”
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat