Mahsun Kırmızıgülün oğlu Mahmut Kırmızıgül filmə çəkiləcək.

O, "Prestij meselesi" adlı ekran işində baş rolu ifa edəcək. Mahmut filmdə atası Mahsun Kırmızıgülü canlandıracaq.

O, filmdə çəkilmək üçün imicində dəyişiklik edib. Mahmut yeni görünüşündə tamamilə atası Mahsuna bənzədilib.

Onun yeni imici sosial şəbəkələrdə paylaşılıb. Atasının gənclik illərindəki halından fərqlənməyən Mahmut istifadəçiləri şoka salıb.

Məlumat üçün bildirək ki, Mahmut sənətçinin qeyri-qanuni nikahdan dünyaya gələn övladıdır. Onun anası Gölgem Bazencirdir.

Hazırda 29 yaşı olan Mahmut 1993-cü ildə doğulub.
 

скачать dle 12.1