“İki ildə çəkdiyim əzabları ifadə edə bilmərəm. Biz şəhid anaları yaşamırıq, yaşayan ölülərik. Onlarla birgə şəhid olduq”.
Bu sözləri açıqlamasında şəhid Xudayar Yusifzadənin anası Radə Yusifzadə oğlunun ildönümündən danışarkən bildirib.
Onun sözlərinə görə hər gün balasını ziyarət edir, onunla danışır və dərdləşir:
“Bir ana ki, bala itirə, necə olar? Hər gün Şəhidlər Xiyabanındayıq. Bilirəm ki, xalq Xudayarla qürur duyur. Bir ana kimi bu, məni sevindirir. Allah hər kəsdən razı olsun. Tək Xudayarla yox, bütün şəhidlərimizlə fəxr edirəm. Xudayarın könüllərdə taxt qurduğu “Vətən yaxşıdır” mahnısı bütün şəhidlərimizə, qazilərimizə, bu soyuqda vətəni qoruyan və sevən oğullarımıza aiddir. Bu gün rahat və alnıaçıq yaşamağımızın səbəbi şəhid balalarımızın hesabınadır”.
Radə Yusifzadə yaxın vaxtlarda Xudayarın ən böyük arzusunu gerçəkləşdirəcəklərini də vurğulayıb:
“Arzusu baba yurdunda ev tikmək idi. Orada onun muzeyini tikəcəyik və arzusunu belə yerinə yetirəcəyik. O muzeydə tək Xudayar yox, bütün şəhidlərimizə aid məlumatlar, foto stendlər və əşyalar olacaq”,- deyə ana bildirib.
Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. Xudayar Yusifzadənin doğumundan 24 gün sonra atası, Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu vəfat edib.
Xudayar Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. Subay idi. Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 21-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.
Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Qəhrəmanımız Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" , "Azərbaycan Bayrağı" ordeni və "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib. 2021-ci il fevralın 18-də Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində onun büstünün açılış mərasimi olub.Qeyd edək ki, “Vətən yaxşıdır” təsnifinin musiqisi Əlibaba Məmmədova, sözləri Əliağa Vahidə aiddir. Təsnif Əlibaba Məmmədovun xeyir-duası ilə “Xudayar təsnifi” adlandırılıb.
Xudayar Yusifzadəyə baba yurdunda muzey AÇILACAQ – Anasından AÇIQLAMA
22
oktyabr
14:58

Qarabağ
KOMMENTLƏR
Şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq tarixini yenidən yazdılar - Şəhid Xudayarın anası
Xudayarın anası oğlunun şəhid olduğu yerdə - VİDEO
Sınıq telefondan şəhid Xudayarın daha bir mahnısı tapıldı: "Bax, belədir mənim taleyim..." - VİDEO
Qənirə Paşayeva şəhid Xudayar Yusifzadənin qardaşı ilə görüşüb
Xudayar anasına deyirmiş ki, müharibə bitəndən sonra özüm... - Video
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat