"Zəfər Günü" münasibətilə “Four Season” otelində Paşa Holding , Paşa Həyat Sığorta şirkətinin və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhid övladlarının ifasında “Qəhrəman övladıyıq” adlı musiqi əsasında hazırlanmış klipin təqdimatı keçirilib.
Musiqi əsəri ilk dəfə Şuşada “Zəfər” Yay məktəbinin bağlanış mərasimində təqdim edilmişdi. Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilən yay məktəbi layihəsində şəhid övladlarının təlim keçdiyi istiqamətlərdən biri də musiqi dərnəyi olmuşdu.Musiqi əsərinin müəllifi şəhid pilot,polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı, Bakı Musiqi Akademiyasının professoru Könül Hüseynovadır. Musiqi əsəri əsasında hazırlanan klipin rejissoru Cəlal Kəngərli,senari müəllifi Məryəmxanım Abbasəliyevadır. Klip Paşa Holdinq və Paşa Həyat Sığorta şirkətlərinin dəstəyi əsasında hazırlanmışdır.
Təqdimatda AR İnsan Hüquqları üzrə Ombudsmanı Səbinə Əliyeva, millət vəkili Ceyhun Məmmədov, Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, şəhid ailələrinin üzvləri, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir klipin təqdimatı ilə yekunlaşıb.
"Qəhrəman övladıyıq" klipinin təqdimatı oldu
08
noyabr
18:57

Qarabağ
KOMMENTLƏR
Daha 3 sığorta şirkəti BAĞLANMA YOLUNDA... - Ziyan içindədirlər...
Şəhidin həyat yoldaşına agentlikdə iş verildi
Musiqi ilə qəhrəmanlıq dastanı yazan şəhidimiz - Elman Əliyevlə bağlı film çəkiləcək
Şəhid polkovnik-leytenant Raquf Orucova həsr olunan mahnı - VİDEO
Şəhidlərə ithaf olunan “Əbədi zirvə” kompozisiyası - Video
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər