"İranla Ermənistan həm ayrı-ayrılıqda, həm də birləşərək Azərbaycana qarşı təxribatçı hərəkətələrlə məşğuldur".
Bunu açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.
Onun sözlərinə görə, əvvəllər bu proses daha çox məxfi şəkildə həyata keçirilirdisə, Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsindən sonra İran anti-Azərbaycan addımlarını açıq şəkildə nümayiş etdirməyə başladı: "Bu baxımdan, Ermənistanla olan gizli sövdələşmələri indi açıq-aşkar reallaşmaqdadır. Onların Azərbaycana qarşı irimiqyaslı hərbi təxribat törətməsi və hücum etməsi isə indiki reallıqda mümkünsüz görünür. Çünki Azərbaycana qarşı hücum etmək İran üçün bağışlanmaz səhv olardı. ran onsuz da daxildən tarazlığı pozulmuş dövlətdir. Orada 35-40 milyon soydaşımız yaşayır və onları tanka əyləşdirib, əlinə silah verib Azərbaycanın üzərinə göndərmək siyasi dəlilikdən başqa bir şey deyil. Ona görə də bu ehtimalı real saymıram".
"Eyni zamanda, Azərbaycan bu gün 5-ci nəsil ən müasir silahlara sahibdir. Azərbaycanın güclü ordusu var və bunu bütün dünya qəbul edir. Həmçinin, Azərbaycanın Türkiyə kimi nəhəng bir müttəfiqi var. Eyni zamanda, nüvə silahına malik Pakistan və ərazisi kiçik də olsa dünya siyasətində söz sahibi olan İsrail bizim müttəfiqlərimizdir. Təbii ki, belə olan halda, İranın Ermənistanla birgə Azərbaycana hücum etməai nəzəri baxımdan mümkün olsa da, praktiki baxımdan sıfıra bərbarədir" - deyə, millət vəkili vurğulayıb.
"Azərbaycana hücum etmək İran üçün bağışlanmaz səhv olar..."
09
fevral
17:38

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi