Xəbər verdiyimiz kimi Əməkdar artist Nigar Şabanova ona məxsus “Mercedes” markalı avtomobilin 90-SE-012 dövlət nömrə nişanının “Honda” markalı başqa bir sürücüdə də olduğunu bildirib. Müğənni Dövlət Yol Polis İdarəsinə bununla bağlı bir ay öncə şikayət etdiyini, lakin problemin hələ də həl edilmədiyini və həmin sürücüyə görə hər dəfə ona cərimə gəldiyini bildirib.
Məsələylə bağlı Moderator.az-ın əməkdaşı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə əlaqə saxlayıb. K.Əliyev saytımıza açıqlamasında burda saxtakarlıq edildiyini və məsələnin artıq nəzarətə götürüldüyünü bildirib:
“Bu məsələ həllini tapıb və hazırda araşdırma gedir. Burda “Honda” markalı avtomobilin sürücüsü saxtakarlıq edərək F hərfinin altına qara xətt çəkib və kamera da onu E hərfi kimi oxcuyur. Bilərəkdən nömrəyə müdaxilə ediblər ki, məsuliyyətdən yayınsınlar. Həmin sürücünün iki dəfə qayda pozuntusu qeydə alınıb və hər iki protokol da həmin şəxsə yönəldilib. Onun hazırda nömrəyə müdaxilə etdiyi üçün məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür. Nömrəyə bu cür müdaxilə edildiyi üçün cərimələr Nigar xanıma gəlib. Bu saxtakarlığı edən sürücü düşünməyib ki, sabah bu xüsusi cihaz vasitəsilə ortaya çıxacaq”.
Sürücü nömrəni saxtalaşdırdı, cərimələr müğənniyə gəldi – DYP-dən AÇIQLAMA
26
sentyabr
16:24

Qarabağ
KOMMENTLƏR
Saxtalaşdırılan avtomobil nömrələri, kriminal qüvvələr: - “Polisə xəbər verin”
DYP deputata cavab verdi: Videokameralara baxış keçiriləcək
Bakıda 10 PP 400 nömrəli "Rang Rover" qaydanı belə pozdu - VİDEO
Bakıda bahalı avtomobilin iştirakı ilə baş verən qəzanın görüntüləri yayıldı — VİDEO
Tanınmış vəkil də sərxoş halda maşın sürüb - Yol polisi reyd keçirdi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat