Qətərdə mağazalar Fransa mallarını boykot edir.

Sfera.az xəbər verir ki, buna səbəb Fransa prezidenti Emmanuel Makronun İslam dini ilə bağlı qərəzli fikirlər səsləndirməsi olub.

"Al Meera” supermarket şəbəkəsi Qətərdə fransız mallarını boykot elan edən mağazalardan biridir.

Şirkət tərəfindən edilən açıqlamada bildirilib:

"Ölkəmizə və inancımıza xidmət etmək və müştərilərimizin ümidlərini doğrultmaq üçün dinimizə, köklü ənənələrimizə və adətlərimizə uyğun olaraq çalışmaq bizim əsas məqsədlərimizdən biridir”.
скачать dle 12.1