Bir yaşa qədər uşaqlara ana südündən başqa süd verilməsi tövsiyə edilmir.
Bunu Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun allerqoloqu Çinarə Novruzova deyib. Həkim allergik uşaqların ev şəraitində müalicə və qida rasionundan danışarkən bildirib ki, valideynlər uşaqların mühitinə diqqət etməlidirlər:
“Allergik uşaqların yataqları sinteponla əvəzlənməlidir. Ev heyvanları və onların qidalarına qarşı da uşaqların allergik reaksiyası ola bilər. Tənəffüs yolları ilə bağlı şikayətləri olan uşaqlarda rütubətli havaya qarşı allergik reaksiyalar ola bilər. Uşaqların yatdıqları otaqda yumşaq oyuncaqlar olmamalıdır”.
“Bir yaşa qədər uşaqlara ana südündən başqa süd verilməsi tövsiyə edilmir. Uşaq allergikdirsə, hansı qidaya qarşısa uşaqda reaksiya yaranarsa, o qida rasiondan çıxarılmalıdır”, – deyə həkim qeyd edib.
"Bu yaşa qədər uşaqlara ana südündən başqa süd verilməsi tövsiyə edilmir"
26
aprel
16:00

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat