Keçən həftə dünya tarixinin ən isti günlərini yaşayaraq rekord qıran Türkiyə Qara dənizdə daşqınlarla mübarizə apardı. 
Türkiyə mətbuatı xəbər verir ki, yaxın günlərdə tamamilə fərqli mənzərə gözlənilir. Belə ki, havanın 45 dərəcəyə qədər istiləşəcəyi bildirilir. Məlumata görə, termometrlər bu həftə Türkiyədə rekord həddi göstərəcək. 
Meteorologiya mühəndisi Adil Tek bu barədə xəbərdarlıq edib:
"Keçən həftə yağan yağışlardan sonra Afrika üzərindən isti hava axını gəlir. Cənub əyalətlərimizdə hava 45 dərəcəyə qədər yüksələcək. Cümə və şənbə günləri ölkəmizdə havanın temperaturu ən yüksək həddə çatacaq. İstanbulda havanın temperaturu cümə və şənbə günləri 37, 38 dərəcəyə qədər yüksələcək. Aydın şəhəri ən isti şəhərlərimizdən biridir, burada hava 45 dərəcəyə qədər qalxacaq. Həmçinin Şanlıurfa və Mardin də temperatur 45 dərəcəni göstərəcək”. скачать dle 12.1