"Dəfələrlə müraciət etmişəm. Amma səsimə hay verən yoxdur, hələ də işsizəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Pərvin Səfərov deyib.
Sənətçi qeyd edib ki, universiteti bitirəndən sonra ixtisası üzrə dövlət işində çalışmağı ilə bağlı aidiyyatı qurumlara müraciət edib:
"Planlaşdırmışdım ki, universiteti bitirib hansısa mədəniyyət sahəsində ixtisasımla bağlı çalışaram. Amma müraciətimə baxan yoxdur, hara müraciət edirəmsə, deyirlər ştat yoxdur. Qalmışam belə, odur ki, məcbur olub fərdi işlə məşğulam”.
Müğənni ali təhsilli olmasına baxmayaraq, kənddə qoyun otardığını vurğulayıb:
"Neçə vaxtdır kəndəyəm, burda olduğum müddətdə də qoyunları özüm sahəyə aparıram. Biz qoyunları dolanışıq üçün saxlayırıq. Böyük təsərrüfat deyil, 20-25 qoyunumuz var. Evimizə başqa yerdən gəlir gəlmədiyi üçün qoyunlarla dolanırıq, kəsirik, satırıq və s. Bu səbəbdən də qoyunların sayı stabil qalır, artmır. Kəndə gələndə təsərrüfata özüm baxıram. Nə olsun müğənniyəm, burda böyümüşəm. Nə qədər məşhur sənətçi olsam da, keçmişimi unuda bilmərəm. Mən qoyun güdə-güdə böyümüşəm. Bəziləri kimi yalandan danışmağı xoşlamıram. Mən olduğum kimi yaşamağı sevirəm, yaşamadığın həyatı göstərib yalandan hava atmaq mənasızdı. Bəziləri icarəyə maşın götürüb yaşayışlarını nümayiş etdirir”.
Müğənni deyir ki, cəmiyyət bahalı həyata üstünlük verir:
"Olduğum kimi sadə həyatımı yaşayıram. Heç kim mənə maraqlı deyil. Nə olsun müğənniyəm, qoyunları özüm aparıb sahəyə özüm də gətirirəm, hamı da görür. Kəndə kəndçi, səhnədə isə populyar müğənniyəm”.
Müğənni şikayət etdi: "Dolana bilmirəm, qoyun otarıram"
04
sentyabr
15:15

Qarabağ
KOMMENTLƏR
"Bir həyətdə iki ev ola bilməz?" - Xızıdan ŞİKAYƏT
“Hətta br dəfə hansısa televiziya da gəlmişdi çəkilişə, yenə veclərinə alan olmadı...” - GİLEY
“Sabunçu icra hakimiyyətindən 5 min istədilər, 3 min verdik, evimi sökdülər” - NARAZILIQ!
“Adamlar var ki, hər şeyini satışa çıxarıb“ - Xuraman Şuşalı
“Müğənnilərimiz Moskvada min oyundan çıxırlar“ - Əli Mirəliyev
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat