“Harutyunyan qatildir, hərbi canidir. Belə vəziyyətdə bizim qanunvericilikdə yanlız bir yüngülləşdirici hal var. O da şəxsin silahını yerə qoyaraq könüllü təslim olmasıdır. Amma söhbət belə şəxslərdən gedirsə, onlar insanlıq, bəşəriyyət əleyhinə cinayət törədiblər. Onlara qarşı heç bir yüngülləşdirci şərt ola bilməz”. 
Bunu açıqlamasında Millət vəkili Elman Nəsirov deyib.
O bildirib ki, müharibə və ondan sonraki dövrdə Azərbaycan dövlət səviyyəsində hümanizm nümayiş etdirdi və buna davam edir:
"Lakin Bizim humanist siyasətimiz Arayik Harutyunyan kimilərə aid deyil. Onlar ağır cinayətkardırlar, onlar soyqırım cinayəti törədib. Onlara qarşı heç bir güzəştdən söhbət gedə bilməz. Hesab edirəm ki, Harutyunyan kimilər cinayət məsuliyyətinə cəlb edildikdən sonra sıra Sarkisyana, Köçəryana da çatacaq. Bütün terrorçüların həbsi qarşıda duran əsas məsələlərdəndir. Düşünürəm ki yaxın zamanda bütün cinayətkarlar öz layiqli cəzalarını alacaqlar”.скачать dle 12.1