Azərbaycan keçirdiyi antiterror əməliyyatının nəticəsində Qarabağa tam nəzarəti ələ keçirdi. Erməni əsilli Qarabağ sakinləri oranı tərk etsələr də, bir çoxunun Azərbaycana qayıdıb vətəndaşlıq alması gözlənilir.
Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını qoruyacağını bildirir.
Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Azərbaycan çoxmillətli dövlətdir və dövlətimizin bütün vətəndaşları bərabər hüquqlara malikdir. Qarabağda yaşayan ermənilər eyni hüquqlara malik olacaqlar.
Deputat vurğulayıb ki, Qarabağda qalan ermənilər ağıllı insanlardır və onlar müqayisə etməyi bacarırlar. Onlar bilirlər ki, Azərbaycan vətəndaşlığını qəbul etmək onların və uşaqlarının gələcəyi üçün olduqca vacibdir:
"Qarabağda yaşayan bütün ermənilərə Azərbaycanın təklifi ondan ibarət oldu ki, tərk etməsinlər, yaşasınlar, Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Ancaq məsuliyyət onların öz boynuna düşür. Ermənilərin böyük bir hissəsi Qarabağı tərk edib. Onlar özləri də etIraf edib ki, könüllü tərk ediblər. Ermənistan rəhbərliyi bunu manipulyasiya etmək istəyir,amma gecdir. Artıq BMT-nin missiyası da təsdiqlədi ki, heç bir təzyiqdən söhbət gedə bilməz. Hər bir erməninin Qarabağı tərk etməsi könüllü olaraq baş verib. Qarabağda qalan ermənilər var. Onların niyyəti Azərbaycan vətəndaşlığını qəbul etməkdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə söyləyib ki, onlar bizim vətəndaşlarımızdır. Onlar bütün hüquqlarla təmin olunacaqlar. Azərbaycan çoxmillətli dövlətdir və dövlətimizin bütün vətəndaşları bərabər hüquqlara malikdir. Qarabağda yaşayan ermənilər eyni hüquqlara malik olacaqlar. Azərbaycan Prezidentini dünyada sözü və əməli üst-üstə düşən, sözü də imzası qədər güclü bir şəxs kimi tanıyırlar. Azərbaycan demokratik inkişaf yolu seçmiş dövlətdir. Bu dövlətdə multikultural dəyərlər hakim mövqedədir. Azərbaycan bu gün dünyada multikulturalizmin ən mühüm mərkəzlərindən hesab olunur. Məsələyə bu məntiqlə yanaşdıqda çoxmillətlilik Azərbaycanın zənginliyidir və gələcəyimizin təminatıdır. Bu, həm dövlət siyasəti, həm ictimai sifarişdir, tarixdən bizə gələn adət-ənənədir. Bu qənaətə gəlmək olar ki,Qarabağda qalan ermənilər ağıllı insanlardır və onlar müqayisə etməyi bacarırlar. Onlar bilirlər ki, Azərbaycan vətəndaşlığını qəbul etmək onların və uşaqlarının gələcəyi üçün olduqca vacibdir .Hesab edirəm ki, bu seçimi də edəcəklər".
Qeyd edək ki, Qarabağda 10000 erəni sakin tərk edib. Hazırda 50-1000 erməninin qarabağda qaldığı bildirilir.
Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
