Qırğızıstan və Tacikistan dövlət sərhədində əlavə 24 kv.km barədə razılığa gəliblər.

Bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qırğızıstan hökuməti bildirib ki, tərəflər növbəti görüşdə qalan sahələrin müəyyən edilməsi üzərində işi davam etdirəcəklər, lakin hələ görüşün vaxtı dəqiqləşdirilməyib.

Nazirlər Kabinetinin məlumatına əsasən, Tacikistan istisna olmaqla, Qırğızıstan bütün qonşu ölkələrlə dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesini başa çatdırıb.

Tacikistanla dövlət sərhədinin uzunluğu təqribən 980 km-dir.

Xatırladaq ki, Qırğızıstan-Tacikistan dövlət sərhədinin delimitasiyası üzrə danışıqlar ötən ilin dekabrından davam edir. Hazırda sərhəd xəttinin üçdə ikisindən çoxu hər iki dövlət tərəfindən müəyyən edilib və qarşılıqlı surətdə tanınıb.скачать dle 12.1