Nikol Paşinyanı şəhərə buraxmaq istəmədiyinə və əhaliyə bu yöndə çağırış etdiyinə görə saxlanılan Gorus meri Aruş Aruşanyan haqqında yeni məlumatlar yayılıb.
Bakısəsi Ermənistan KİV-ə istinadən xəbər verir ki, meri uzunmüddətli həbs gözləyir. Onun kütləvi iğtişaşların təşkilində və dövlətin konstitusion quruluşuna qarşı çıxmaqda ittiham olunduğu bildirilir.
Bu maddələr üzrə A.Aruşanyanın günahı sübuta yetirilərsə, onun 10 ildən daha uzun müddətə həbs olunması ehtimalı var.скачать dle 12.1