Ermənistanın baş naziri vəzifəsinin müvəqqəti icraçısı Nikol Paşinyan bildirib ki, ölkədə bəzi qüvvələr vətəndaş müharibəsinin olmasını istəyir.
Bu barədə o, Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.
“Vətəndaş müharibəsini istəyən bəzi qüvvələr var. Bunlar həmin qüvvələrdir ki, onların hakimiyyəti zamanı 27 oktyabr (1999-cu ilin 27 oktyabrında parlamentdə törədilən terror aktı nəzərdə tutulur-red) və 1 mart (2008-ci ilin 1 martında polislə insan tələfatına səbəb olan toqquşmalar – red) hadisələri oldu", - Paşinyan deyib.
Bu halda "Vətəndaş müqaviləsi" Partiyasının lideri qeyd edib ki, iyunun 21-də onun tərəfdarlarının mitinqi planlaşdırılıb. Lakin toqquşmaların baş verməsi gözlənilmir.
Ermənistan parlamentinə növbədənkənar seçkilər 20 iyunda, ölkədə uzun sürən daxili siyasət böhranından sonra təyin edilib. Seçkilərdə ölkənin baş naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası və sabiq prezident Robert Koçaryanın lideri olduğu "Ermənistan" bloku iştirak edir
Paşinyan ölkədə vətəndaş müharibəsi tərəfdarlarına xəbərdarlıq etdi
19
iyun
14:41

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat