"Taliban" hərəkatı Əfqanıstandan xaricə dollar və tarixi abidələrin qaçaqmalçılığı və ixracına qadağa qoyub.
Hərəkatın "Twitter"də yaydığı bəyanatda deyilir:
"Vətəndaşlara bildiririk ki, dəniz və quru yolu ilə xaricə dollar və tarixi abidələrin qaçaqmalçılığı və ya ixracı qəti qadağandır. Bütün vətəndaşlara xəbərdarlıq edirik ki, bu cür əşyalar aşkar edilərsə, dərhal müsadirə olunacaq və sahibləri qanunvericiliyə uyğun olaraq cəzalandırılacaqlar”.
Bundan "Wall Street Journal" qəzeti ABŞ prezidenti Co Bayden administrasiyasının "yüz milyonlarla dolların terror qruplaşmasının əlinə keçməməsi üçün" "Taliban" Kabili almazdan əvvəl Əfqanıstana dollar tədarükünü ləğv etdiyini yazıb.
Öz növbəsində, "Washington Post" qeyd edib ki, ABŞ banklarında Əfqanıstan hökumətinə məxsus ehtiyatları dondurulub və onları "Taliban" üçün əlçatmaz olub.
Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən ölkə rəhbərliyinin statusu ilə bağlı aydınlıq olmadığı üçün Əfqanıstana yardımın dayandırılması da elan edilib.
BVF-nin qərarı Əfqanıstana təxminən 400 milyon dollarlıq yardımı necə köçürəcəyi ərəfəsində qəbul olunub.
“Taliban“dan yeni qadağa: “Əfqanıstandan dollar çıxarmaq olmaz“
25
avqust
16:00

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat