Rusiyanın Moskva, Sankt-Peterburq və Perm şəhərlərindəki restoranlar koronavirusa qarşı peyvənd olunmuş və ya yoluxub sağalmış insanların QR kodunu yoxlamaq üçün robotları işə götürəcək.
"RİA Novosti" xəbər verir ki, xidmət robotları istehsal edən Rusiyanın "Promobot" şirkətindən bildirilib ki, artıq bu məqsədlə ilk robotlar təqdim olunub.
"Həmin robotları restoranlar giriş hissəsində dayanıb ora gələnlərlə ünsiyyət yarada bilərlər", - deyə məlumatda bildirilib.
Əsas avadanlıq dəstinə əlavə olaraq, robotlar QR kodlarını oxumaq üçün skaner və pasport skaneri ilə təchiz olunub. Bundan başqa, robotlar Rusiyanın dövlət xidmətlərini birləşdirən "Qosusluq" servisinə də inteqrasiya ediliblər. Bunun sayəsində həm QR kodun, həm də pasport və ya digər sənədin həqiqiliyini yoxlamaq mümkün olacaq.
Şirkətdən bildirilib ki, bu tip robotlardan restoranlarla yanaşı, aeroportlarda və təhsil müəssisələrində də istifadə olunacaq.
Qeyd edək ki, Rusiyada son günlər COVID-19-a yoluxma və ölüm hallarının sayı yenidən artıb. Bu isə bir sıra müəssisələrdə məhdudiyyətlərin tətbiqini zəruri hala gətirib. Belə məhdudiyyətlərdən biri də kafe, restoran və digər qapalı yerlərə yalnız peyvənd olunmuş və ya xəstəliyə yoluxub sağalmış şəxslərin buraxılmasından ibarətdir ki, bu da QR kod vasitəsilə həyata keçirilir.
Qonşu ölkədə restoranlar robotları işə götürəcək
20
oktyabr
16:04

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat