Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin deputat qızı Dariqa Nazarbayevanın ölkə parlamentinin aşağı palatasının iclasına qatılmaması ciddi müzakirələrə səbəb olub.
"İnterfaks” xəbər verir ki, Dariqa Nazarbayeva iki gün - çərşənbə axşamı və çərşənbə günü palatanın plenar iclasında iştirak etməyib. Belə iddia edilir ki, Nazarbayeva xəstə olduğundan iclaslara qatılmayıb. Onun xəstəliyinin nə olduğu açıqlanmayıb.
Qeyd edək ki, Qazaxıstanda kütləvi etiraz aksiyaları zamanı bir çox KİV Nursultan Nazarbayevin və onun ailə üzvlərinin ölkəni tərk etdiyini yazırdı. Qırğızıstan mediası yanvarın 6-sı Nazarbayev ailəsinə məxsus iki təyyarənin Bişkek şəhərində yerə endiyi barədə məlumat yayıb.
Yanvarın 9-u isə ölkənin birinci Prezidentinin mətbuat katibi Aydis Ukibay bəyan edib ki, Nazarbayev Nur-Sultan şəhərindədir və ölkə Prezidenti Kasım-Jomart Tokayevlə daim əlaqə saxlayır.
Xatırladaq ki, 58 yaşlı Dariqa Nazarbayeva Nursultan Nazarbayevin böyük qızıdır. O, 2004-cü ildən Milli Məclisin III və V çağırış deputatıdır. 2016-cı ildən 2020-ci ilə qədər parlament senatının millət vəkili olub. 2021-ci ilin yanvar ayından isə VII çağırış deputatıdır.
Nazarbayevin qızı ilə bağlı iddia
12
yanvar
14:51

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat