Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva deputatlıqdan istefa verib.
Qazaxıstan mediası xəbər verir ki, bu barədə məlumat Nazarbayevanın yazılı müraciətində yer alıb.
"Bu gün parlament məclisinin deputatı səlahiyyətlərimdən imtina etmək və fikrimi tam olaraq ictimai, humanitar, mədəni və xeyriyyə fəaliyyətləri üzərində cəmləşdirməyə qərar verdim”, - deyə müraciətdə qeyd olunub.
Xatırladaq ki, daha əvvəl Dariqa Nazarbayevanın həmkarları, xüsusən də deputat Aydos Sarım onu istefaya çağırmışdı.
Qazaxıstanda iğtişaşlar dövründə D. Nazarbayevanın ölkə parlamentinin aşağı palatasının iclasına qatılmaması ciddi müzakirələrə səbəb olmuşdu. Belə iddia edilirdi ki, Nazarbayeva xəstə olduğundan iclaslara qatılmayıb. Onun xəstəliyinin nə olduğu açıqlanmamışdı.
Qeyd edək ki, 58 yaşlı Dariqa Nazarbayeva Nursultan Nazarbayevin böyük qızıdır. O, 2004-cü ildən Milli Məclisin III və V çağırış deputatıdır. 2016-cı ildən 2020-ci ilə qədər parlament senatının millət vəkili olub. 2021-ci ilin yanvarından isə VII çağırış deputatı olub.
Nazarbayevin qızı istefa verdi
25
fevral
15:09

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat