Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin böyük qızına məxsus malikanə Londonda satışa çıxarılıb. 
Xarici KİV xəbər verir ki, ev 11 milyon 800 min dollara satılır. 
Bildirilir ki, Dariqa Nazarbayevaya məxsus malikanə bahalı əşyalar və qızılla bəzədilmiş mebellərdən təşkil olunub. 
Əmlak sahibinin eks-prezidentin böyük qızına aid olması 2020-ci ildə məlum olub.
Mülk sahibləri Dariqa Nazarbayeva və oğlu Nurəli Əliyev məhkəmədə bildiriblər ki, evi öz halal qazancları ilə alıblar. 
скачать dle 12.1