İranda ETTELAAT qüvvələri hicaba qarşı müqavimətə çağıran 300 nəfəri həbs edib.
"Azad İran” "Telegram” kanalı bu barədə İranda Əxlaq Polisinin sözçüsü Əli Xanməhəmmədinin açıqlamasına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, saxlanılanlar müxtəlif yollarla hicabsızlığı təbliğ edən qrupların başçılarıdır.
Bununla yanaşı, SEPAH-ın nəzarətində olan "Fars” xəbər agentliyi də hicabsızlığa qarşı mübarizənin yeni dalğasını yolun başlanğıcı adlandırıb və müvafiq qurumları bununla bağlı daha əhatəli işlər görməyə çağırıb.
Əxlaq Polisinin sözçüsünün "hicaba qarşı təbliğat”a görə tutulduqlarını iddia etdiyi şəxslər hüquq müdafiəçiləri, ictimai və siyasi fəallardır. Onlar məcburi hicab qaydalarının icrasını insanların hüquqlarının pozulması, vətəndaşların şəxsi həyatı və geyim tərzinə dövlət müdaxiləsinin hüquq pozuntusu olması barədə çıxışlarına görə həbs ediliblər.
Qeyd edək ki, xüsusilə son aylar İranda məcburi hicab qaydalarına əməl etməyən onlarla qadın tutulub, yüzlərlə qadın isə döyülüb.
İranda yüzlərlə qadın hicaba görə tutulub - FOTO
05
sentyabr
12:33

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat