Dünyanın ən varlı adamlarında biri “Amazon”un qurucusu Ceff Bezos sərvətini bağışlamaq qərarına gəlib.
Xarici KİV-in məlumatına görə, Bezos 124 milyard dollarlıq mülkünün böyük hissəsini xeyriyyəçiliyə bağışlayacağını açıqlayıb.
“CNN“ə müsahibə verən Ceff sərvətini xüsusilə qlobal iqlim dəyişikliyi ilə mübarizə aparan, sosial və siyasi parçalanmaları aradan qaldıran təşkilatlara həvalə edəcəyini bildirib.
O, edəcəyi ianələri və xeyriyyə işlərini diqqətlə araşdıracağını, həmçinin bunun üçün “metodologiya” yaradacağını da bildirib.
Bezos xeyriyyəçilik işlərinin biznesə başlamaq kimi olduğunu deyib:
“Burada problem işi düzgün etməkdir. Bu asan iş deyil. Amazon qurmaq da asan deyildi. Amma çox çalışdıq və ağıllı, çalışqan komandımızla bunu bacardıq. Xeyriyyə işlərinin də belə olacağını düşünürəm”.
Qeyd edək ki, bir müddət əvvəl Bezosu tənqid edənlər onu xeyriyyə təşkilatlarına kifayət qədər dəstək verməməkdə ittiham etmişdilər.
Dünya milyarderi sərvətini bağışlayacağı yeri AÇIQLADI
17
noyabr
23:04

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər