Ermənistanda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mayoru dövlətə xəyanətdə ittiham olunub.
Erməni KİV xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilir ki, MTX-nin Hərbi Əks-kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən geniş əməliyyat-kəşfiyyat tədbirləri nəticəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mayor zabiti olan ER vətəndaşı 2021-ci ilin iyulunda xarici xüsusi xidmət orqanlarına məlumat ötürürmüş.
O, suverenlik, ərazi bütövlüyü və hərbi sahədə dövlət və rəsmi sirr təşkil edən məlumatları toplayıb pul müqabilində Ermənistan Respublikasının xarici xüsusi xidmət orqanlarına təhvil verib. Adı açıqlanmayan mayor bunların qarşılığında 19.700 ABŞ dolları alıb və bununla da Ermənistanın ərazi bütövlüyü və respublikanın xarici təhlükəsizliyinə xələl gətirərək dövlətə xəyanət edib.
ER Milli Təhlükəsizlik Xidmətinin İstintaq Şöbəsində başlanmış cinayət işi çərçivəsində adıçəkilən zabitə qarşı ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq davam edir.
Erməni mayor 20 min dollara görə dövlətə xəyanət etdi
29
noyabr
10:51

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat