Rusiyalı şərqşünas, islamşünas və politoloq Aleksey Malaşenko 72 yaşında vəfat edib.
Bu barədə onun həmkarı, politoloq Arkadi Dubnov “Telegram” kanalında məlumat verib.
Politoloq həmkarının ölümünü qəfil adlandırıb.
O, həmçinin Malaşenkonun “parlaq və görkəmli İslam alimi, layiqli insan, sadəcə dost” olduğuna diqqət çəkib.
Malaşenko 1951-ci il fevralın 2-də Moskvada anadan olub, 1995-ci ildə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda tarix elmləri doktoru elmi dərəcəsi alıb.
Bu illər ərzində şərqşünas MDBMİ-də və Ali İqtisadiyyat Məktəbində dərs deyib. Bundan əlavə, 1999-2001-ci illərdə Malaşenko Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb.
Mütəxəssis karyerası ərzində rus, ingilis, fransız və ərəb 18 kitabın müəllifi və redaktoru olub.
Mənbə: gazeta.ru
Rusiyalı islamşünas alim vəfat edib
04
yanvar
11:06

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat