ABŞ məhkəməsi Minnesota ştatının 28 yaşlı sakini Culissa Taleri altı yaşlı oğlunun soyuqqanlılıqla qətlə yetirməsində təqsirli bilib.
Xarici media xəbərinə görə, o, uşağı yatmaq istəmədiyi üçün güllələyib.
Araşdırma zamanı məlum olub ki, mübahisədən sonra qadın özü ilə silah götürərək uşağı evdən çıxarıb. Onlar maşına miniblər, qadın oğlana 9 dəfə atəş açıb.
Kiminsə şüşəsi sınmış və təkəri partlamış maşın sürdüyünü bildirdikdən bir neçə dəqiqə sonra polis qadını saxlayıb. Uşağın meyiti yük yerində tapılıb. Avtomobilin oturacağında böyük bir güllə dəliyi də aşkar olunub.
Daha sonra DNT testləri öldürülən oğlanın qanının anasının paltarında və dərisində olduğunu göstərib.
2021-ci ilin yanvarında Culissa Taler Dakota sosial xidmətlər departamenti "psixoz yaşadığını və özünü öldürməyi əmr edən səsləri eşitdiyini" öyrəndikdən sonra oğlunun qəyyumluğundan məhrum edilib. Ancaq qətldən cəmi iki həftə əvvəl uşaq yenidən ona həvalə edilib.
İndi qadını şərti azad edilmədən ömürlük həbs gözləyir. Hökm fevralın 16-da elan olunacaq.
Ana yatmaq istəməyən oğlunu güllələdi
13
fevral
13:51

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat