Lazer işıq terapiyası insanlarda yaddaşı yaxşılaşdırır.
Xarici media xəbər verir ki, qeyri-invaziv lazer işıq terapiyasının qısamüddətli yaddaşı yaxşılaşdıra biləcəyi sübut edilib.
Belə ki, Transkranial fotobiomodulyasiya (tPBM) beyinə yönəldilmiş dalğa uzunluğu 600-1100 nanometr olan işıq terapiyası üsuludur.
TPBM-nin prefrontal korteks toxumalarında hüceyrə tənəffüs sürətini və ATP molekullarının istehsalını artırır. Həmçinin qan axını və oksigen istehlakını artırmaqla idrak funksiyasını daha da yaxşılaşdırır.
Tədqiqatçılar tPBM-nin vizual iş yaddaşının tutumunu yaxşılaşdırdığını və oksipital-parietal kontralateral gecikmə aktivliyini (CDA) artırdığını, amplitudası vizual iş yaddaşında saxlanılan obyektlərin sayına uyğun gələn yavaş bir ritm olduğunu aşkar edib.
Nəticədə bir daha məlum olub ki, tPBM prefrontal korteksdə neyron metabolizmasını artırmaqla iş yaddaşını yaxşılaşdırmaq üçün faydalı bir vasitədir. Bu üsul beynə təhlükəsiz, effektiv, qənaətcil və qeyri-invaziv müdaxilə üsuludur, kliniki istifadəyə uyğundur. Bununla belə, sağlam fərdlərdə və nevroloji pozğunluğu olan xəstələrdə idrak funksiyasını yaxşılaşdırmaq üçün istifadə edilməzdən əvvəl əlavə tədqiqatlara ehtiyac var.
Bu tibbi metod insanlarda yaddaşı yaxşılaşdırır
11
mart
11:51

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər