"Belarus prezidenti Aleksandr Lukaşenko iyunun 24-də rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı üsyan cəhdi ilə bağlı vəziyyəti vaxtında həll etmək üçün kömək təklif edib".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RT telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, əgər "Vaqner" PMC-nin yaradıcısı Yevgeni Priqojinin başçılıq etdiyi üsyançı dəstələr Moskvaya doğru irəliləməkdə davam etsəydilər, qan tökülmələri qaçılmaz olardı.
Lavrov ABŞ-ın Moskvadakı səfiri Lin Treysinin iyunun 24-də ölkədə üsyana cəhdlə bağlı Rusiya nümayəndələri ilə əlaqə saxlaması və “siqnallar ötürməsi” barədə məlumatı da təsdiqləyib.
Xatırladaq ki, iyunun 23-də "Vaqner" PMC-nin rəhbəri Yevgeni Priqojin bildirib ki, Rusiya Müdafiə Nazirliyinin qüvvələri guya onun şəxsi hərbi şirkətinin arxa düşərgələrinə hücum edib və onun döyüşçüləri “ədalət yürüşü” ilə Rusiyaya doğru irəliləyiblər. Lakin Rusiya Müdafiə Nazirliyi onun ittihamlarını rədd edib.
"Priqojinin üsyançı dəstələri Moskvaya girsəydi..." - Lavrov
26
iyun
17:18

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər