“Vaqner” qrupunun lideri Yevgeni Priqojinin üsyanından sonra bir sıra rus generalları ictimai məkandan yoxa çıxıblar. Xüsusilə, general Sergey Surovik. Onun yerinə müavini ictimaiyyət qarşısına çıxarılır.
Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb.
Bildirilir ki, ötən günlərdə Rusiya Federasiyasının Baş Qərargah rəisi, general Valeri Gerasimov 24 iyun 2023-cü ildə baş vermiş uğursuz " Vaqner " üsyanından sonra ilk dəfə televiziya ilə çıxış edib. Onunla birlikdə Surovikin müavini Rusiya Federasiyası Hava Kosmik Qüvvələrinin Baş Qərargahının rəisi, general-polkovnik Viktor Afzalov çıxış edib. Afzalov ən azı dörd ildir ki, bu vəzifədədir.
"Afzalovun Gerasimovla birlikdə çıxış etməsi Surovikin işdən çıxarılmasını bir daha sübut edir. Onun harada olduğu qeyri-müəyyən olaraq qalır", - Britaniya Müdafiə Nazirliyi qeyd edib.
Xatırladaq ki, iyunun 23-də “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin Rusiya hərbi rəhbərliyinə, xüsusən də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyquya qarşı demarş elan edib. Aleksandr Lukaşenko Priqojinlə danışıqlar aparıb, bundan sonra o, qruplaşmanın döyüşçülərinin səhra düşərgələrinə qayıtdığını bildirib.
"Vaqner" üsyanına görə general işdən çıxarılıb?
12
iyul
11:03

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat