Ekvadorda məhkəmə prezidentliyə namizəd Fernando Villavisensionun qətlində şübhəli bilinən 6 nəfəri istintaqı tamamlamadan həbs edib.
TASS xəbər verir ki, bu barədə Ekvadorun baş prokuroru məlumat yayıb.
“Ekvador prokurorluğunun təqdim etdiyi sübutlara əsasən, məhkəmə qətldə təqsirləndirilən 6 nəfərin müvəqqəti həbsinə qərar verib”, - məlumatda deyilir.
Bildirilir ki, prokurorluq araşdırması 30 gün davam edəcək.
Ekvador prezidentliyinə namizəd avqustun 9-da ölkənin paytaxtı Kitoda seçki mitinqindən sonra tədbirdən sonra təhsil müəssisəsinin binasını tərk edərkən güllələnib. Başından üç dəfə vurulan siyasətçi hadisə yerindəcə ölüb. Hadisə şahidləri bildiriblər ki, ümumilikdə 30-40 atəş açılıb. Hücum edənlər hadisə yerindən 20 metr aralıda qumbara atsalar da, partlamayıb. Siyasətçi dəfələrlə təhdidlər alıb və mafiya düşməni və korrupsiya ilə mübarizə aparan şəxs kimi tanınıb. Hadisədən sonra ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib və ümummilli matəm elan edilib.
Ekvadorda prezidentliyə namizədi öldürənlər həbs edildi
11
avqust
11:10

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi