Rusiya paytaxtında "Sadovod” bazarında işləyən azərbaycanlı ermənilərin hücumuna məruz qalıb.
Bununla bağlı sosial şəbəkələrdə video yayılıb.
Videonun şərhində bildirilir ki, valyuta dəyişmə işinə baxan həmyerlimiz ermənilər tərəfindən aldadılaraq qarət olunub.
Belə ki, ermənilər ayın əvvəlində bazarda yer götürüblər, pul üçün də tez-tez həmin bu şəxsə müraciət ediblər. Bir gün əvvəl onlar 100 min dollar (170 000 AZN) istəyiblər.
Həmyerlimiz ehtiyatsız hərəkət edərək onların dükanına tək başına yollanıb. İçəri girdikdə isə üç erməni tərəfindən qəddar şəkildə döyülüb, əl-qolu bağlanıb, ağzı-burnu "skoç”la bağlanıb. Sonra isə adı Roma olan erməni pulları götürərək aradan çıxıb.
Kişi özünə gəlib yardım istəyəndə isə haradasa 15 dəqiqə vaxt keçibmiş. Hadisə hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb.
Moskvada ermənilər azərbaycanlını vəhşicəsinə döyüb, pulunu əlindən aldılar – VİDEO
22
aprel
14:37

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər