Astara rayonunda 1959-cu il təvəllüdlü Şəhla keçmiş ərinin ikinci arvadı Mədinəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Hadisə bu il fevralın 23-də Astara rayonunun kəndlərindən birində baş verib.
Şəhla yaşadıqları evdə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı mətbəx bıçağı ilə Mədinənin sağ bud nahiyəsinə bir dəfə vurub.
Hadisəni törədən Şəhlanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şəhla ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birlikdə Astara rayonunun kəndində yaşayır:
“Zərərçəkmiş Mədinə ərim Səlimin ikinci arvadıdır. Bir neçə ildir ki, Mədinə bizimlə yaşadığı üçün aramızda mübahisələr baş verir. Hadisə günü, saat 9 radələrində yaşadığım evdə olan zaman Mədinə yenidən mənə söz ataraq sataşdı. Mənim evdən getməyimi tələb etdi. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbiləşdiyimdən və Mədinənin hərəkətlərindən bezdiyimdən mətbəx bıçağını götürdüm, onun arxa bud nahiyəsinə vuraraq ona xəsarət yetirdim. Qorxduğuma görə həmin mətbəx bıçağını həyətə tulladım. Ancaq hara tulladığımı dəqiq bilmirəm”.
Astara Rayon Məhkəməsinin hökmü ilə Şəhla aylıq qazancının 20 faizi məbləğində dövlət nəfinə pul tutulmaqla altı ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Qadın keçmiş ərinin ikinci arvadını bıçaqladı - TƏFƏRRÜAT
03
avqust
15:45

Qarabağ
KOMMENTLƏR
Sumqayıtda su pulunu ödəməyən ər arvadını döydü
Qubada gəlin qayınanasını ağac parçası ilə DÖYÜB
Balakəndə ata və oğul qadın üstündə dava etdilər
Bakıda 47 yaşlı kişi onunla cinsi əlaqədə olmaq istəməyən keçmiş arvadını şil-küt elədi — ŞOK OLAY
Azərbaycanda evdən qaçan gəlin ərindən polisə şikayət etdi — Şok təfərrüat
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat