Gəncə şəhərində pişiklər naməlum şəxslər tərəfindən asılaraq öldürülüb. 
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətt"inə daxil olub. 
Bildirilir ki, şəhərdə pişiklər ip vasitəsilə asılıb. Hadisənin kimlər tərəfindən törədildiyi məlum deyil. 
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru Eşqin Qasımov BAKU.WS-ə açıqlamasında bildirdi ki, məsələdən xəbərdardırlar. Hazırda hadisənin hansı ərazidə və kim tərəfindən törədilməsi araşdırılır.


скачать dle 12.1