Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən məzar daşlarının hazırlanması və təmiri sexindən oğurluq edilib.
Naməlum şəxs əvvəlcə sexin qapısını sındıraraq içəri daxil olub. Daha sonra oradan 2 ədəd noutbuk və 1 ədəd məzar daşlarının hazırlanmasında istifadə edilən avadanlığı oğurlayıb. Hadisə zamanı zərərçəkən sex sahibinə ümumilikdə 6500 manat maddi ziyan dəyib. Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat- axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qeyd edilən sexdə əvvəllər usta işləyən Qurban Bayramov saxlanılıb. Həmin şəxsin obyektdən oğurladığı əşyalar müəyyən edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Əvvəllər işlədiyi məzar daşı sexindən oğurluq etdi
10
yanvar
12:00

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi